Çempion “Qarabağ”a 0:1 uduzduğu oyunda “Turan Tovuz”un heyətində Coş Cinnelli debüt etdi.
İngiltərəli hücumçu oyundan sonra “Futbol+”in sualları cavabladı.
- Bu gün ilk oyuna çıxdın, hesab istədiyiniz kimi olmadı. Meydandakı özünü necə hiss etdin?
- Bəli, ilk oyunuma çıxdım. Azarkeşləri sevindirmək istəyirdik, amma alınmadı. Davam etməyə çalışacağıq.
- “Qarabağ” kimi güclü rəqiblə oyunda debüt etdin. Bu rəqib haqda nə deyə bilərsən?
- Bu matça qədər “Qarabağ” haqda məlumatım var idi. Bu gündə onlara qarşı oynadıq. Amma xal qazana bilərdik.
- Hesabı dəyişmək üçün nə çatmadı?
- Futbol epizodlardan ibarət olan bir oyundu. Kənardan asan görünür. Əslində çox çətin oyundu. Sona doğru imkanlarımız olsa da, yararlana bilmədik. Rəqibin qapıçısı da etibarlı oynadı.
- Bu xal itkisi motivasiyanıza nə dərəcə təsir edəcək?
- Bu matçda bir xal qazana bilərdik. Qarşıda oyunlarımız var. Bizi uzun yol gözləyir. Azarkeşlərimizin dəstəyi ilə çalışacağıq ki, məqsədimizə nail olaq.
- Tam formaya düşmək üçün nə qədər vaxta ehtiyacın var?
- Bir ay vaxt lazımdı. Sonda görəcəksiz ki, ən yaxşı vəziyyətdəyəm.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta