Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Çempionlar Liqasının əsas mərhələsinin ən yaxşı qolu üçün səsvermənin nəticələrini rəsmi saytında açıqlayıb.
İdman.Biz-in məlumatına görə, qalib “Barselona”nın hücumçusu Markus Reşfordun 1-ci turda “Nyukasl”a qarşı matçda vurduğu ikinci qolu olub. Oyun kataloniyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd etmək lazımdır ki, “Benfika”nın qapıçısı Anatoli Trubinin 8-ci turda “Real Madrid” üzərində 4:2 hesablı qələbə qazandığı oyunda vurduğu qol azarkeşlərin səsverməsində ikinci yeri tutub.
“Olimpiakos”un oyunçusu Şikinyonun 5-ci turda “Real Madrid”lə oyunda (3:4) vurduğu qol da ilk üçlüyə daxil olub.
Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” “Nyukasl”la qarşılaşacaq. Oyunlar 17 və 25 fevralda keçiriləcək.