"Sanderlend"in 23 yaşlı niderlandlı qapıçısı Robin Rufs Premyer Liqada göstərdiyi möhtəşəm performansla bütün diqqətləri üzərinə çəkib.
Fanat.Az xəbər verir ki, "Football Insider" "Mançester Siti", "Liverpul" və "Çelsi"nin bu yay gənc qolkiper üçün ciddi mübarizəyə başlayacağını iddia edib.
"Qara pişiklər"in artıq gənc ulduz üçün 50 milyon funt-sterlinqdən çox olan təklifləri gözlədiyi və onun yerinə Melker Ellborqu transfer edərək hazırlıqlara başladığı bildirilir.
Liqanın ən yaxşı qapıçılarından biri olan Rufs cari mövsümdə 24 matçdan 8-ni "quru" keçirib.