ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əfqanıstanın Bədəxşan əyalətində yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 12 nəfər ölüb, üç nəfər yaralanıb.
Məlumata görə, qəza Faizabad şəhərindən Arqancva rayon mərkəzinə hərəkət edən nəqliyyat vasitəsinin yoldan çıxaraq dərəyə düşməsi nəticəsində baş verib.
Bədəxşan polisinin sözçüsü bildirib ki, ölən və yaralananlar arasında uşaqlar da var. İlkin məlumata əsasən, qəzaya dağ yolundakı əlverişsiz şərait səbəb ola bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.