AZ

“Yuventus” Türkiyə millisinin üzvü ilə müqaviləni yenilədi

BAKI, 7 fevral. TELEQRAF

İtaliyanın “Yuventus” klubu Türkiyə millisinin üzvü Kənan Yıldızla olan müqaviləni 2030-cu ilin iyununa qədər uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qoca sinyora” 20 yaşlı vingerin maaşını üç dəfədən çox artırıb. İtaliya mətbuatının məlumatına görə, Kənanın illik məvacibi cari mövsüm üçün 6 milyon avroya, növbəti mövsümdən isə 7 milyon avroyaqədər yüksələcək.

Qeyd edək ki, Kənan Yıldız cari mövsüm ərzində meydana çıxdığı 31 oyunda 9 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr