AZ

Zelenski ABŞ nin Rusiya Ukrayna münaqişəsinə son qoymaq üçün təklif etdiyi vaxtı açıqladı

ain.az, Redaktor.az saytına istinadən bildirir.

"ABŞ Kiyevə bu ilin yayınadək Rusiya ilə münaqişəni bitirməyi təklif edib".

Redaktor.az-ın TSN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

V.Zelenski ABŞ-nin münaqişə tərəflərinə məsələni həmin müddətə qədər həll etmək üçün təzyiq göstərəcəyini istisna etməyib. Ukrayna prezidenti bunu Vaşinqtonun başqa prioritetlərinin olması ilə izah edib.

Ukrayna prezidentinin sözlərinə görə, Əbu-Dabidəki danışıqlarda ABŞ nümayəndələri "enerji atəşkəsi" təklif ediblər və Kiyev bununla razılaşıb.

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların nəticələrini şərh edən V.Zelenski bildirib ki, tərəflər arasında əsir mübadiləsi davam etməlidir.

O, həmçinin ABŞ-nin Rusiya və Ukrayna nümayəndələrinin gələn həftə Mayamidə görüşməsini təklif etdiyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna tərəfi iştirakını təsdiqləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
24
redaktor.az

10Mənbələr