AZ

“Sonda görəcəksiz ki, ən yaxşı vəziyyətdəyəm”

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Çempion “Qarabağ”a 0:1 uduzduğu oyunda “Turan Tovuz”un heyətində Coş Cinnelli debüt etdi. İngiltərəli hücumçu oyundan sonra “Futbol+”in sualları cavabladı.- Bu gün ilk oyuna çıxdın, hesab istədiyiniz kimi olmadı. Meydandakı özünü necə hiss etdin?- Bəli, ilk oyunuma çıxdım. Azarkeşləri sevindirmək istəyirdik, amma alınmadı. Davam etməyə çalışacağıq.- “Qarabağ” kimi güclü rəqiblə oyunda debüt etdin. Bu rəqib haqda nə deyə bilərsən?- Bu matça qədər “Qarabağ” haqda məlumatım var idi. Bu gündə onlara qarşı oynadıq. Amma xal qazana bilərdik. - Hesabı dəyişmək üçün nə çatmadı? - Futbol epizodlardan ibarət olan bir oyundu. Kənardan asan görünür. Əslində çox çətin oyundu. Sona doğru imkanlarımız olsa da, yararlana bilmədik. Rəqibin qapıçısı da etibarlı oynadı.- Bu xal itkisi motivasiyanıza nə dərəcə təsir edəcək? - Bu matçda bir xal qazana bilərdik. Qarşıda oyunlarımız var. Bizi uzun yol gözləyir. Azarkeşlərimizin dəstəyi ilə çalışacağıq ki, məqsədimizə nail olaq. - Tam formaya düşmək üçün nə qədər vaxta ehtiyacın var?- Bir ay vaxt lazımdı. Sonda görəcəksiz ki, ən yaxşı vəziyyətdəyəm.ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
icma.az

2Mənbələr