"Barselona" bu gün Avropa Super Liqası şirkətinə və iştirakçı klublara Avropa Super Liqası layihəsindən çıxması barədə rəsmi bildiriş göndərdiyini elan edib.
Ölkə.Az-ın məlumatına görə, bu barədə Kataloniya klubunun açıqlamasında deyilir.
Yeni Avropa futbol yarışmasının elanı 2021-ci ildə edilib. "Barselona" Super Liqanın 12 təsisçi üzvündən biri idi. FİFA, UEFA və milli assosiasiyalar alternativ turnir yaratmaq ideyasını sərt tənqid ediblər. Bir neçə gün sonra bütün ingilis klubları, ardınca "İnter" və "Atletiko Madrid" layihədən çıxıblar.
"Real Madrid" turnirin yeganə rəsmi iştirakçısı olaraq qalır.