AZ

Mançester Siti nin transfer etmək istədiyi futbolçular bəlli olub

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İngiltərənin "Mançester Siti" klubunun yay transfer dönəmində heyətinə qatmaq istədiyi futbolçular bəlli olub.

"Report" "The i Paper" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" "Nottinqem Forest"in yarımmüdafiəçi Elliot Andersonla maraqlanır.

23 yaşlı oyunçunu "Mançester Yunayted" də transfer etmək istəyir.

Bundan əlavə, "Mançester Siti" sağ cinah müdafiəçisi də axtarır. "Brentford"dan Mikael Kayode və Niderland təmsilçisi "Feyenoord"dan Civayro Rida namizədlər arasındadır.

Qeyd edək ki, komanda hazırda İngiltərə Premyer Liqasında 47 xalla ikinci pillədə qərarlaşıb və lider "Arsenal"dan altı xal geridədir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
2
cebheinfo.az

3Mənbələr