AZ

İslamabaddakı terraktın təşkilatçısı saxlanıldı

pakistanda
Pakistan təhlükəsizlik qüvvələri İslamabaddakı terror hücumunun təşkilatçısını saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The News” məlumat yayıb.
Bildirilib ki, onun üç dəstə üzvü də saxlanılıb.
Cinayətkarların tutulması əməliyyatı şimal-qərbdəki Xayber Paxtunxva əyalətində aparılıb. Qəzetin hüquq-mühafizə orqanlarındakı mənbələrinə görə, hücumun təşkilatçısı İslam Dövləti terror qruplaşması ilə əlaqəli olub və Əfqanıstanda təlim keçib. Terrorçuların həbsi zamanı bir təhlükəsizlik işçisi həlak olub, daha üç nəfər yaralanıb.
Seçilən
24
yeniavaz.com

1Mənbələr