AZ

Azərbaycan məhkəməsinin erməni əsilli cinayətkarlarla bağlı çıxardığı qərara nə Moskva, nədəki Paris heç bir təsir göstərə bilməz

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlər - soyqırımı, müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayətlər, habelə terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi kimi əməllərdə və separatçılıqda təqsirləndirilən erməni canilərinin fevralın 6-da Bakı Hərbi Məhkəməsində yekunlaşan məhkəmə prosesinə və çıxarılan qərara Fransa parlamentinin mənfi reaksiyası və Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulinin qərəzli açıqlamaları bizi əsla təəccübləndirmir. Biz bu parazitlərin uzun illər ərzində ölkəmizə qarşı apardıqları qaralama kampaniyalarına və anti-Azərbaycan bəyanatlarına artıq öyrəncəliyik. Dünyanın geosiyasi gerçəklikləri dəyişsə də, erməni lobbisinə nökərçiliyi davam etdirən bu liberal-solçu qüvvələr öz əvvəlki amplualarındadırlar. Fransalı deputat Loran Vokye və onun rusiyalı həmkarı Konstantin Zatulin ermənilərdən artıq erməniçilik etmək istəyirlər. Ermənistan rəhbərliyi sözügedən cinayətkar separatçıların Bakı Hərbi Məhkəməsində mühakimə olunmasına heç bir reaksiya vermədiyi halda, bu ermənipərəst deputatlar isə özlərini yuyulmamış qaşıq kimi ortaya atıb ömürlük həbsə məhkum edilən Araik Harutyunyanın və digər canilərin dərhal azad edilməsini tələb edirlər. Onların bu tələbi növbəti "kloun"luqdan, əllaməlikdən başqa bir şey deyil. Hərçənd ki, ölkəmizə qarşı qatı barışmaz mövqe nümayiş etdirən Zatulin bu cür tələblərin Azərbaycan rəhbərliyinin müstəqil siyasətinə və iradəsinə heç bir təsir göstərmədiyini çox yaxşı bilir. Azərbaycan məhkəməsinin erməni əsilli cinayətkarlarla bağlı çıxardığı qərara nə Moskva, nədəki Paris heç bir təsir göstərə bilməz. Çünki Azərbaycan məhkəməsinin bu qərarı hansısa subyektiv amillər əsasında deyil, məhz milli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun şəkildə qəbul olunub. Sülh və insanlıq əleyhinə cinayətlərdə, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərəkətlərdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi normal praktikadır. Azərbaycan separatçıların nazıyla oynayası, başlarını sığallayası deyildi ki. Heç bir ölkədə separatçılıq təqdir olunmur, bağışlanmır. Bu baxımdan, fransalı və rusiyalı parlamentarilərin Azərbaycan məhkəməsinin qərarını siyasi manipulyasiya predmetinə çevirmək cəhdləri tamamilə yersizdir. Onların bu cəhdi revanşizmi təşviq etmək və separatçılığı dəstəkləməkdən başqa bir şey deyil. Separatçılığı dəstəkləmək isə odla oynamaq deməkdir. Çünki günün birində Fransa və Rusiyanın özündə də separatçı meyllər baş qaldıra bilər. Loran Vokye və Konstantin Zatulin separatçılığa dəstək verməklə ilk növbədə öz ölkələrinə zərər verirlər.Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
newscenter.az

2Mənbələr