AZ

Zelenski: Rusiya yaxın zamanda müharibəni bitirməyə hazır olduğunu göstərmir

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun ölkəsinə intensiv hava hücumlarını davam etdirdiyini bildirib və əlavə edib ki, Moskva yaxın gələcəkdə müharibəni bitirməyə hazır deyil.

Turkustan.az xəbər verir ki, Zelenski sosial media paylaşımında Rusiyanın bu səhər ölkəsinə təxminən 40 raket və 400-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini bildirib.

Hücumlarda enerji infrastrukturunun hədəf alındığını qeyd edən Zelenski, "Təəssüf ki, enerji obyektlərinə ciddi ziyan dəydi və bu, demək olar ki, bütün ölkənin enerji vəziyyətinə təsir etdi. Ciddi elektrik kəsintiləri baş verdi" dedi.

Zelenski Rusiyanın müharibəni bitirmək istəmədiyini iddia edərək bildirib ki, "Rusiya yaxın gələcəkdə bu müharibəni bitirməyə hazırlıq göstərmir. Rusiya həm cəbhə xəttində, həm də bu cür genişmiqyaslı hücumlar vasitəsilə Ukraynanı faktiki olaraq məhv etmək siyasətini davam etdirir".

Zelenski Rusiya ordusunun Ukraynadakı vacib enerji infrastrukturunu hədəf aldığını qeyd edərək, bu vəziyyətin Avropa təhlükəsizliyi üçün də təhlükə yaratdığını əlavə edib.

Zelenski ABŞ, Aİ və onların müttəfiqlərinin Rusiyaya təzyiq göstərməli olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
20
1
turkustan.az

2Mənbələr