AZ

"Yuventus" Kenan Yıldızla müqaviləni uzatdı

style='margin-bottom:10px;'>

“Yuventus” futbolçusu Kenan Yıldızla müqaviləni uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Turin təmsilçisinin 20 yaşlı hücumçu ilə müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. 

Daha əvvəl mətbuatda yer alan xəbərlərə görə, yeni razılaşmadan sonra Türkiyə millisinin üzvü “Yuventus”un ən çox qazanan futbolçularından biri olacaq.

Kenan Yıldız 2022-ci ilin yayında “Bavariya”dan “Yuventus”a keçib. O, cari mövsümdə bütün turnirlərdə 31 oyuna çıxaraq 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr