AZ

Regionda yeni qüvvə: Qırıcılar göndərildi, İrana mesaj verildi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük Britaniya hökuməti İran ətrafındakı gərginliyi nəzərə alaraq Kiprdəki “Akrotiri” aviabazasına əlavə qırıcı təyyarələr yerləşdirib.

Məlumata görə, ötən gün “Marham” hava bazasından 6 ədəd RAF F-35B qırıcısı, həmçinin “Tayfun” (Eurofighter Typhoons) təyyarələrinin olduğu “Akrotiri” aviabazasına yola düşüb.

Yanvarın 22-də isə Böyük Britaniya Müdafiə Nazirliyi yerli hakimiyyət orqanlarının xahişi ilə Qətərə “Tayfun” qırıcılarının yerləşdirildiyini elan etmişdi.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Britaniyanın Kiprə F-35 qırıcıları göndərməsi həm preventiv addım, həm də regional vəziyyətin “nəbzinin yoxlanılması” məqsədini güdə bilər:

“İran ətrafındakı hadisələr digər dövlətlərin diqqət mərkəzindədir və zəifləməkdə olan Avropa mövcud gərginliyi yaxından izləyir.

Böyük Britaniyanın bu addımının arxasında dərindən düşünülmüş ciddi hərbi hazırlıqdan daha çox, strateji mesaj və ehtiyat tədbirləri dayanır. Avropa, o cümlədən Böyük Britaniya, ABŞ ilə münasibətləri daha da kəskinləşdirmək istəməz və bu cür hərəkətlər regional balansı qorumaq məqsədini güdür.

Kənan Novruzov

Eyni zamanda, bu tip preventiv manevrlər həm müttəfiqlərə, həm də İran tərəfinə siqnal verir ki, Böyük Britaniya regiondakı prosesləri diqqətlə izləyir və istənilən təhlükəyə qarşı hazırlıqlıdır”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
globalinfo.az

1Mənbələr