AZ

“Real” onu yenidən transfer etmək istəyir

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Madridin “Real” klubu yenidən “Liverpul”un fransalı müdafiəçisi İbraima Konate ilə müqavilə imzalamaqda maraqlıdır.

Lent.az xəbər verir ki, ötən ilin sonunda “Kral klubu” fransalı futbolçunu azad agent statusunda transfer etmək ideyasından imtina edib. Lakin hazırda madridlilər buy ay “Liverpul”la müqaviləsi başa çatan Konatenin namizədliyinə yenidən qayıdıblar. Bildirilir ki, transferin baş tutmasına mane olan əsas amillər futbolçunun maaş tələbləri və mövsümün ilk hissəsində göstərdiyi oyun səviyyəsi olub.

Məlumata görə, “Real Madrid” yay transfer pəncərəsində birdən çox müdafiəçi cəlb etməyi planlaşdırır. Buna səbəb isə Antonio Rüdiger və David Alaba kimi oyunçuların mövsümün sonunda klubdan ayrılmağa yaxın olmalarıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
lent.az

1Mənbələr