AZ

Yeni klubunda əla debüt etdi

Kərim Benzema yeni klubunda əla debüt edib.

"Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda “Əl-Hilal” səfərdə “Əl-Ohdud” məğlub edib. 6:0 hesabı ilə sona çatan matçda üç qolu “Əl-Hilal”ın yeni transferi Benzema vurub. 38 yaşlı fransalı hücumçu bir neçə gün əvvəl “Əl-İttihad”dan transfer olunmuşdu.

Bu qələbədən sonra “Əl-Hilal” 20 oyuna 50 xalla liderliyini qoruyub. Onu da qeyd edək ki, Kərim Səudiyyə Ərəbistanı klubu ilə 18 aylıq müqavilə imzalayıb.

Seçilən
16
1
football-plus.az

2Mənbələr