AZ

İngiltərə nəhəngləri Mane yarışında

"Vulverhempton"un 18 yaşlı yüksələn ulduzu Mateus Mane Premyer Liqa nəhənglərinin əsas hədəfinə çevrilib.

Fanat.Az xəbər verir ki, "Sports Boom"un yaydığı məlumata görə, həm "Liverpul", həm də "Mançester Yunayted" gənc yarımmüdafiəçinin transferi üçün klubu ilə rəsmi danışıqlara başlayıb.

Cari mövsümdə "canavarlar"ın heyətində parlayan Mane 13 oyunda (7-si ilk əsas heyətdə) meydana çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Vulverhempton" rəhbərliyi 2029-cu ilə qədər müqaviləsi olan futbolçu üçün 50 milyon funt-sterlinqlik "ağlasığmaz" qiymət qoysa da, klubun çempionatı tərk edəcəyi təqdirdə bu məbləğin yayda azalacağı gözlənilir.

1.75 metr boya malik olan 18 yaşlı oyunçu həm vinger, həm də hücumameylli yarımmüdafiəçi kimi çıxış edə bilməsi ilə hər iki klubun yay planlarında mühüm yer tutur.

Kamil Xudiyev

Seçilən
7
1
fanat.az

2Mənbələr