Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində baş verib.
İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu, həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı və onların 2022 və 2025-ci il təvəllüdlü azyaşlı övladları yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər dərhal xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta