Bakı. Trend:
Azərbaycanın bir cüdoçusu Fransanın paytaxtı Parisdə təşkilolunan “Böyük Dəbilqə” turnirində finala vəsiqə qazanıb.
Trend-inməlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan BalabəyAğayev bu uğura imza atıb. 27 yaşlı idmançı yarımfinal mərhələsindəİsrail təmsilçisi İtshak Aşpizə qalib gələrək adını finalayazdırıb.
Eyni çəkidə çıxış edən Ruslan Paşayev yarımfinalda məğlub olduğuüçün üçüncü yer uğrunda görüşdə mübarizə aparacaq. Nazir Talıbovisə 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Migel Qaqoyayauduzub.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 8-də başaçatacaq. Azərbaycan bu yarışda ümumilikdə səkkiz cüdoçu ilə təmsilolunur.