AZ

Sibiqa: “Kiyev Alekseyevə qarşı sui qəsd cəhdində iştirak etməyib”

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna XİN başçısı rus generala qarşı sui-qəsddə Ukraynanın işrirakını təkzib edib

“Kiyev general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində iştirak etməyib”. AYNA.AZ xəbər verir ki,  bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Reuters” agentliyinə verdiyi açıqlamada deyib.

"The Washington Post" qəzeti  Ukrayna kəşfiyyat xidmətlərindəki adı açıqlanmayan mənbəyə istinadən Ukraynanın sui-qəsd cəhdində iştirakını inkar  edir.

Qeyd olunub ki, Ukrayna kəşfiyyat xidmətləri keçmişdə dəfələrlə oxşar əməliyyatlar həyata keçirsələr də, bu, hazırda Ukraynanın maraqlarına uyğun deyil. Alekseyevin rəisi Kostyukov müharibəyə son qoymaq üçün ABŞ-ın rəhbərlik etdiyi görüşdə iştirak edərkən onun müavinini öldürmək və ya sui-qəsdə cəhd etmək danışıqları poza və Tramp administrasiyasını qəzəbləndirə bilər.

"İnanın mənə, biz axmaq deyilik", - Ukraynanın keçmiş kəşfiyyat rəisi Kirill Budanovla sıx əməkdaşlıq etmiş Ukraynanın keçmiş yüksək vəzifəli təhlükəsizlik məmuru nəşrə bildirib.

“The Washington Post” həmçinin Alekseyevə qarşı sui-qəsdin arxasında Kiyevin dayandığına şübhə etmək üçün əsas olduğuna inanan hazırkı və keçmiş Qərb təhlükəsizlik rəsmilərinə istinad edir.

Qeyd edək ki, Moskvada  Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi rəisinibn birinci müavini, general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib. O çoxsaylı güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. Naməlum hücumçu yaşayış binasında Alekseyevə bir neçə dəfə atəş açaraq qaçıb. Alekseyev atışma zamanı yaralanıb və xəstəxanaya yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
103
ayna.az

1Mənbələr