AZ

Aleksey ötürdü, “Sabah” “Zirə”ni 27 dəqiqədə bitirdi

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Zirə - Sabah (Bakı) 1:3 (0:3)13. Aydın Bayramov – 5,025. Enrike Kustodio – 5,04. Ruan Renato – 4,55. Ange Mutsinzi – 5,032. Qismət Alıyev (k) – 6,017. Ayron Qomis – 5,530. Rikardo Martins – 5,0(10. Georgi Papunaşvili, 62) – 5,011. Junior Martins – 5,5(7. Rövlan Muradov, 76) – 5,093. Brahim Konate – 4,5(8. İsmayıl İbrahimli, 43) – 5,519. Rüfət Abdullazadə - 5,0(77. Yeqor Boqomolski, 46) – 5,028. Leroy Mikels – 5,5(9. Davit Volkov, 62) – 6,5Ehtiyat oyunçular41. Anar Nəzirov31. Eldar Tərlanov70. Namik Ələskərov21. Hacıağa Hacılı29. Ceyhun Nuriyev26. Stefan Aka6. Eldar QuliyevBaş məşqçi: Rəşad SadıqovKomandanın ən yaxşısı: Davit Volkov92. Stas Pokatilov (k) – 5,527. Timoteuş Puxaç – 5,540. İqor Noqeyra – 5,53. Stiv Solvet – 5,580. Akim Zedadka – 5,5(2. Amin Seydiyev, 82) – qiymətsiz7. Umarali Raxmonaliyev – 6,013. İvan Lepinitsa – 6,519. Aaron Maluda – 6,0(70. Cesse Sekidika, 73) – 5,546. Aleksey İsayev – 7,0(6. Abdulla Xaybullayev, 82) – qiymətsiz21. Velko Simiç – 6,5(11. Kahim Parris, 90+1) – qiymətsiz9. Xəyal Əliyev – 6,5(83. Stefen Ende, 82) – qiymətsizEhtiyat oyunçular55. Nicat Mehbalıyev72. Rustam Samiqullin17. Tellur Mütəllimov10. Anatoli Nuriyev5. Rəhman Daşdəmirov22. Zinedin Uld Xaled53. Andrey SantosBaş məşqçi: Valdas DambrauskasKomandanın ən yaxşısı: Aleksey İsayevQollar: V.Simiç, 9 (0:1, A.İsayev). İ.Lepinitsa, 22 (0:2, A.İsayev). X.Əliyev, 27 (0:3, A.İsayev). D.Volkov, 83 (1:3, Q.Alıyev).Vərəqələr: Q.Alıyev, 70 (qeyri-idman hərəkəti). İ.Lepinitsa, 82 (qeyri-idman hərəkəti) – sarı.Hakimlər: KAMAL UMUDLU, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov (hamısı Bakı).VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).Hakim-inspektor: Orxan Məmmədov (Bakı).AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).31 yanvar. Zirə. İdman Kompleksinin stadionu. 500 tamaşaçı (1200 yerlik).Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.Oyunun qiyməti: 6,5.Matç “Zirə”nin qonağı olan “Sabah” üçün xüsusi əhəmiyyət daşıyırdı. İnamla çempionluq hədəfini gerçəkləşdirməyə yaxınlaşan Masazır təmsilçisi turu “Qarabağ”dan 7 xal öndə tamamlamaq imkanına malik idi ki, belə fürsəti əldən vermək olmazdı. Hər halda, Liverpuldan yorğun qayıdan “köhlən atlar”ın “Turan Tovuz”la matçda xal itirmək ehtimalı az deyildi. Düzdü, oyun Ağdam təmsilçisinin qələbəsiylə nəticələndi. Lakin “bayquşlar” Zirədə göstərdiyi performansla liderliyini israrla qorumaq niyyətində olduğunu nümayiş etdirə bildi. Özü də son 4 matçda qələbəyə həsrət qalan “qartallar”ı məğlub etmək çətin olmadı. Qonaqlar matçın taleyini elə ilk hissədə müəyyənləşdirdi. Umaralinin Aydın üçün ciddi təhlükə yaratmayan zərbəsindən sonra növbəti hücumu həyata keçirən “bayquşlar” 9-cu dəqiqədə hesabı açdı. Burda Puxaçın cərimə meydançasınma göndərdiyi topu Aleksey Simiçin önünə atdısa, sonuncu tora qovuşdurdu. Ardınca meydan sahibləri təhlükəli vəziyyət yarada bilərdi. Lakin Qismətin “kürə”ni qapı önünə çatdırması Lepinitsanın müdaxiləsi sayəsində işə yaramadı. “Sabah”ın fərqi artırması üçün çox vaxt lazım gəlmədi. 22-ci dəqiqədə Alekseyin ötürməsini qəbul edən Lepinitsa Mutsinzi, Rikardo və Renatodan sıyrılaraq Aydını üzdü. “Zirə”nin müdafiə xəttində göz çıxaran boşluqlar görünürdü ki, Xəyal da bundan yararlandı. İş ondadı ki, bu dəfə də məhsuldar ötürmə müəllifi Aleksey oldu. Bəli, gənc hücumçu məhz təcrübəli orta sahə oyunçusunun yardımı, Ruanın müdaxilə üçün yubanması sayəsində fərqləndi. Beləliklə, Masazır təmsilçisi artıq 27-ci dəqiqədə hesabı darmadağın həddinə çatdırdı. Bir qədər sonra “qartallar”dan təhlükəli hücum izləsək də, tablodakı rəqəmlər dəyişmədi. Ona görə ki, Mikels Qismətin cərimə meydançasına çatdırdığı topu qeyri-dəqiqlik üzündən tora qovuşdura bilmədi. Ardınca Konate komandasını məyus etdi. Renatonun ötürməsini qəbul edən fransalı başla fərqlənmək istəsə də, Mikelsin taleyini bölüşdü. 37-ci dəqiqədə “Sabah” 4-cü qolu vurmağa yaxın idi. Bunun üçün Umarali dəqiq oynamalıydı ki, özbəkistanlı imkanı qaçırdı. Birinci hissənin qalan vaxtında Maludayla Mikels də eyni səbəbdən fərqlənə bilməyincə başqa qol vurulmadı.Gözlənildiyi kimi, ikinci yarı baxımlı olmadı. 46-cı dəqiqədə Zedadka bəxtini sınasa da, Renatonun başla müdaxiləsi qeydə alındı. Buraxılan qollardan azı birinin əvəzini çıxmağa çalışan “qartallar” buna Martinsin cərimə meydançasına ötürməsindən sonra Volkov sayəsində nail ola bilərdi. Ancaq Lepinitsa rəqibə şans tanımadı. “Zirə” istəyinə 83-cü dəqiqədə - Lepinitsanın Qismətə qarşı kobud oyunu üzündən təyin olunan cərimə zərbəsinin yerinə yetirildiyi anda çatdı. Daha doğrusu, Volkov Qismətin təxminən 20 metrdən qapı önünə göndərdiyi topu başla tora qovuşdurdurdu. Qalan vaxtda cəmi bir təhlükəli vəziyyətə şahidlik etdik ki, həmin fürsəti Aydınla bacarmayan Umarali puç etdi.“Sabah” bu qələbə sayəsində liderliyini möhkəmlədə bildi. Ardıcıl beşinci oyunda qələbəyə həsrət qalan “Zirə” isə 5-ci sıraya endi.Gözdən qaçmadı// Rəşad Sadıqov “Sabah”ın ilk qolunun sayılmasına uzun müddət etiraz etdi. O, israrla epizodun əvvəlində Lepinitsanın əllə oynadığını iddia edirdi. Lakin videogörüntüdən də aydın oldu ki, “bayquşlar”ın futbolçusu qaydanı pozmayıb. Mütəxəssis həm də qonaq azarkeşlərdən biriylə söz davasına çıxdı. O, həmin tərəfdara “Sabah” azarkeşisənsə, baqa yerdə otur” dedi. Düzdü, azarkeş qonaqlar üçün ayrılan sektorda əyləşməmişdi. Lakin Rəşad bəyin belə kiçik məqamı qabartması birmənalı qarşılanmadı.// Matçın “CBC Sport”da yayını zamanı pilot layihə həyata keçirildi. Beynəlxalq "İnSports" şirkəti ilə sınaq anlaşmasına əsasən oyunun əsas taktiki və statistik məqamları vizual şəkildə təqdim edildi.// Zirəyə “Soldati di Sabah” fanklubunun 100-ə yaxın üzvü gəlmişdi. Əminliklə deyə bilərik ki, qonaqlar 90 dəqiqə ərzində rəqibin “Qartal” azarkeş qrupundan daha fəal oldu.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
icma.az

2Mənbələr