AZ

Azərbaycan məhkəmələri hökm oxuyur, ədalət ardıcıllıqla irəliləyir – TƏHLİL

Azərbaycanlılara qarşı onilliklər boyu planlı və məqsədli şəkildə həyata keçirilmiş işğal, soyqırımı və etnik təmizləmə siyasəti hüquqi baxımdan təkcə silahlı münaqişə kontekstində qiymətləndirilə bilən hadisələrdən ibarət olmayıb. Bu siyasət mülki əhalinin məqsədli şəkildə hədəfə alınması, kütləvi qətllər, yaşayış məntəqələrinin sistemli şəkildə dağıdılması, insanların zorla köçürülməsi və fundamental insan hüquqlarının ardıcıl və davamlı pozulması ilə xarakterizə olunub. Sözügedən əməllər beynəlxalq humanitar hüququn, insan hüquqları hüququnun və silahlı münaqişələr hüququnun əsas prinsiplərinə zidd olaraq həyata keçirilib və beynəlxalq cinayət hüququ baxımından ağır hüquqi nəticələr doğurub.

Xocalı soyqırımı bu siyasətin ən dəhşətli və hüquqi baxımdan ən ağır nəticələrə malik nümunələrindən biri kimi xüsusi yer tutur. Dinc əhalinin etnik mənsubiyyətinə görə məqsədli şəkildə hədəfə alınması, kütləvi qətllər, işgəncə və qeyri-insani rəftar faktları bu hadisələrin təsadüfi hərbi epizod deyil, əvvəlcədən planlaşdırılmış və mərkəzləşdirilmiş şəkildə idarə olunan cinayət əməli olduğunu göstərir. Hüquqi təhlil baxımından Xocalı hadisələri azərbaycanlılara qarşı törədilmiş cinayətlərin mahiyyətini bütün komponentləri ilə ortaya qoyur və bu əməllərin sistemli xarakter daşıdığını sübut edir.

Virtual

Bu hadisələr nə spontan, nə də lokal xarakterli olub. Əksinə, onlar uzun müddət ərzində ardıcıl şəkildə hazırlanmış, konkret məqsədlərə yönəlmiş və koordinasiya edilmiş fəaliyyətin tərkib hissəsi kimi həyata keçirilib. Cinayətlərin coğrafi miqyası, icra mexanizmlərinin oxşarlığı və davamlılığı bu siyasətin təsadüfi fərdlər tərəfindən deyil, müəyyən təşkilati strukturlar çərçivəsində icra edildiyini hüquqi baxımdan təsdiqləyir.

Mövcud reallıq fonunda Azərbaycan dövləti öz suveren hüquqlarını bərpa edərək işğala son qoyub, ərazilərini azad edib və uzun illər cəzasız qalmış ağır cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi istiqamətində ardıcıl və prinsipial addımlar atıb. Bu mərhələ hüquqi baxımdan xüsusi əhəmiyyət kəsb edir, çünki ilk dəfə olaraq onilliklər ərzində faktiki toxunulmazlıq şəraitində fəaliyyət göstərmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunub. İşğal və soyqırımı siyasətinin planlaşdırılmasında və icrasında iştirak etmiş əsas fiqurlar saxlanılaraq Azərbaycan Respublikasının yurisdiksiyası çərçivəsində məhkəmə qarşısına çıxarılıb.

Bu proses hüquqi baxımdan ədalətin bərpası mexanizminin işə düşməsi kimi qiymətləndirilə bilər. Baş vermiş hadisələr siyasi ritorika və diplomatik mübahisə müstəvisindən çıxarılaraq hüquqi normlar, sübutlar və prosedurlar əsasında qiymətləndirilməyə başlanıb. Məhkəmə icraatları faktoloji materiallara, sübutların hərtərəfli araşdırılmasına və hüquqi kvalifikasiyaya əsaslanıb.

İşğal siyasətinin əsas fiqurlarına hökm

Ermənilərin

Aparılmış geniş və kompleks məhkəmə baxışları zamanı faktlar, sübutlar, şahid ifadələri və rəsmi sənədlər sistemli şəkildə təhlil edilib. İstintaq materiallarının hüquqi analizi göstərib ki, işğal siyasətinin hazırlanması və icrasında iştirak etmiş şəxslər ayrı-ayrı, müstəqil fəaliyyət göstərən subyektlər deyil, vahid məqsədə xidmət edən strukturun tərkib hissəsi olublar. Məhkəmə prosesi ayın 5-də yekun mərhələyə çatıb və təqsirləndirilən şəxslər barəsində hökm elan edilib.

Məhkəmə müəyyən edib ki, bu şəxslər təcavüzkar müharibənin planlaşdırılması və aparılması, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri, mülki əhaliyə qarşı zorakılıq, terror fəaliyyəti, habelə qanunsuz silahlı birləşmələrin yaradılması və idarə olunması kimi ağır cinayət əməllərində iştirak ediblər. Bu hüquqi qiymətləndirmə cinayətlərin yalnız nəticələrini deyil, onların yaranma səbəblərini, icra mexanizmlərini və struktur xarakterini də əhatə edir.

Manset.az

Məhkəmə hökmü ilə Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyanDavid Babayan barəsində ömürlük azadlıqdan məhrumetmə cəzalarının tətbiq edilməsi onların işğal siyasətində həm qərarverici, həm də icraedici mərkəzi fiqurlar olduqlarını hüquqi baxımdan təsdiqləyib. Məhkəmə bu şəxslərin əməllərini fərdi təşəbbüs kimi deyil, məqsədli və təşkilatlanmış sistemin tərkib hissəsi kimi qiymətləndirib.

Arkadi Qukasyanla bağlı çıxarılan hökm hüquqi yanaşmanın ardıcıllığını və selektivlikdən uzaq olduğunu nümayiş etdirir. Onun insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində iştirakı sübuta yetirilsə də, milli cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq yaş amili nəzərə alınıb və ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilməyib. Nəticədə ona 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Bu qərar hüquqi prosedurların siyasi və emosional yanaşmalardan üstün tutulduğunu və fərdi məsuliyyət prinsipinin qorunduğunu göstərir.

Levon

Xocalı soyqırımı üzrə aparılan cinayət təqibi çərçivəsində toplanmış materiallar göstərir ki, hadisələr spontan hərbi toqquşma deyil, konkret əmrlər, koordinasiya edilmiş hərəkətlər və iyerarxik idarəetmə çərçivəsində həyata keçirilmiş cinayət əməlləridir. İstintaq yalnız ümumi siyasi məsuliyyət anlayışı ilə kifayətlənməyərək, hər bir şəxsin fərdi iştirakını və funksional rolunu dəqiq müəyyən edib.

Məhkəmə və istintaq materiallarında Xocalı hadisələri ilə bağlı adı keçən şəxslər sırasında David Babayanın açıq etirafları xüsusi hüquqi əhəmiyyət daşıyır. Bu etiraflar icraçılarla qərarverici səviyyə arasında birbaşa əlaqənin mövcudluğunu sübut edir. Eyni zamanda Levon Mnatsakanyanın Xocalı istiqamətində aparılmış hərbi əməliyyatlarda funksional rolu istintaq tərəfindən ayrıca qiymətləndirilib və sübut bazasında əksini tapıb.

Rusiya

Xocalı ilə məhdudlaşmayan istintaq fəaliyyəti Meşəli soyqırımı və digər kütləvi qırğın faktlarını da əhatə edir. Bu epizodlar üzrə cinayət işləri açılıb, sübutlar toplanıb və məsul şəxslərin müəyyən edilməsi istiqamətində hüquqi prosedurlar davam etdirilir. Bu cinayətlər üzrə məsuliyyət yalnız yerli icraçılarla məhdudlaşmır, daha geniş qərarverici və təşkilati səviyyələri də əhatə edir.

Bu kontekstdə keçmiş Ermənistan rəhbərliyində təmsil olunmuş Robert Koçaryan və Serj Sarkisyanla bağlı müxtəlif cinayət epizodları üzrə ayrıca istintaq materiallarının mövcudluğu hüquqi prosesin sistemli və mərhələli xarakter daşıdığını göstərir. Bu istiqamətdə hüquqi mexanizmlər ayrılıqda icra olunur.

Ruben Vardanyanın işi üzrə məhkəmə davam edir

Məhkəmə

Bununla yanaşı, işğal və separatçılıq siyasətində iştirak etmiş bütün şəxslər üzrə məhkəmə prosesləri eyni vaxtda yekunlaşmayıb. Cinayətlərin törədildiyi dövr, iştirak forması və məsuliyyət dərəcəsi fərqli olduğundan bəzi işlər üzrə məhkəmə icraatları hazırda davam edir. Bu baxımdan Ruben Vardanyanla bağlı cinayət işi ayrıca hüquqi icraat kimi aparılır.

Uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuş Ruben Vardanyan 2022-ci ildə Qarabağda mövcud olmuş qanunsuz separatçı rejimə qoşularaq onun əsas siyasi və maliyyə dayaqlarından birinə çevrilib. O, özünü “dövlət naziri” elan edərək separatçı qurumun maliyyələşdirilməsi, idarə olunması və beynəlxalq əlaqələrinin qurulmasında fəal iştirak edib. Onun fəaliyyəti qanunsuz silahlı birləşmələrin saxlanılması, təchiz edilməsi və fəaliyyətinin davam etdirilməsi ilə bilavasitə bağlı olub.

2023-cü ildə Ruben Vardanyan saxlanılaraq Azərbaycana gətirilib və barəsində terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrə dəstək, müharibə cinayətləri və dövlət təhlükəsizliyinə qarşı yönəlmiş digər ağır cinayət əməlləri üzrə ittihamlar irəli sürülüb. Cinayət epizodlarının xarakteri və onun işğal mexanizminə sonradan qoşulması bu işin digər məhkəmə proseslərindən ayrıca icra olunmasını hüquqi baxımdan əsaslandırır.

Ədalət prinsipi dəyişməzdir

Ruben

Hazırda Ruben Vardanyanın işi üzrə məhkəmə prosesi davam edir və yekun hökm elan olunmayıb. Məhkəmə baxışı çərçivəsində sübutlar araşdırılır, hüquqi qiymətləndirmə aparılır və proses qanunvericiliyin tələblərinə uyğun şəkildə mərhələli icra olunur. Dövlət ittihamçısı onun barəsində ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsini tələb edib.

Azərbaycan dövləti bu məsələdə selektiv yanaşma deyil, ədalətin tam və hərtərəfli təmin olunması prinsipini əsas götürür. Cinayəti törədən hər bir şəxs, istər işğal siyasətinin başlanğıcında, istərsə də sonradan bu mexanizmə qoşulmuş olsun, hüquqi məsuliyyətdən yayınmayacaq. Məhkəmə prosesləri mərhələli şəkildə yekunlaşsa da, hüquqi nəticə dəyişməzdir: azərbaycanlılara qarşı törədilmiş bütün cinayətlər hüquqi qiymət alacaq və heç bir cinayət cəzasız qalmayacaq

Seçilən
18
apa.az

1Mənbələr