AZ

Rusiya Ermənistanda yeni AES bloku tikmək niyyətindədir

Rusiyanın “Rosatom” dövlət korporasiyası Ermənistanda yeni nüvə enerji blokları tikmək istəyir.

Bu məsələ Rusiya dövlət korporasiyası “Rosatom”un baş direktoru Aleksey Lixaçevlə Ermənistan parlamentinin sədri Alen Simoyanın görüşündə müzakirə olunub.

“Rosatom”un rəhbəri Ermənistan Atom Elektrik Stansiyasının (AES) ömrünün ikinci dəfə uzadılması barədə təklif irəli sürüb, həmçinin Ermənistanda yeni nüvə enerji bloklarının tikintisini ətraflı müzakirə edib.

“Rosatom” erməni tərəfdaşlarına böyük, orta və kiçik tutumlu nüvə elektrik stansiyalarının tikintisi və qeyri-nüvə layihələri də daxil olmaqla, əlaqəli layihələrin həyata keçirilməsi daxil olmaqla hərtərəfli əməkdaşlıq təklif edib.

AzPost.az

Seçilən
15
7
azpost.info

10Mənbələr