AZ

Daha bir hava əlaqəsi müqaviləsinin ləğvinə başlanıldı

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə hava əlaqəsi haqqında müqavilənin ləğvi prosesinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Əlcəzairin "Algérie Presse Service" xəbər agentliyi məlumat yayıb.

Dərc olunmuş məlumatlara əsasən, Əlcəzair 13 may 2013-cü ildə Əbu-Dabidə imzalanmış və 30 dekabr 2014-cü ildə prezident fərmanı ilə təsdiq edilmiş hava nəqliyyatı haqqında sazişin fəaliyyətinin dayandırılması üçün zəruri addımlar atıb.

Agentlik bildirir ki, sazişin şərtlərinə uyğun olaraq, Əlcəzair tərəfi müqavilənin ləğvi barədə BƏƏ-ni diplomatik kanallar vasitəsilə məlumatlandıracaq, həmçinin zəruri rəsmiyyətlərin yerinə yetirilməsi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının baş katibinə bildiriş göndərəcək. Qərarın konkret səbəbləri agentlik tərəfindən qeyd olunmayıb. Hazırda Əlcəzair və Dubay arasında gündəlik birbaşa uçuşlar həyata keçirilir.

Seçilən
19
1
publika.az

2Mənbələr