BAKI, 7 fevral. TELEQRAF
Ukrayna Macarıstanın düşmənidir, çünki Kiyev Budapeşti Rusiyanın enerji ehtiyatlarından məhrum etməyə çalışır.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bunu "M1" televiziya kanalında bildirib.
Onun sözlərinə görə, Ukrayna Brüsseldən Macarıstanın ucuz Rusiya enerjisinə çıxışını kəsməsini tələb etməklə və təhrik etməklə ölkəsinin fundamental maraqlarını pozur.
"Bunu edən hər kəs Macarıstanın rəqibi deyil, düşmənidir", - deyə o qeyd edib.