Aleks Oksleyd-Çamberleynin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü karyerasını Şotlandiyada davam etdirəcək.
Çemberleyn "Seltik"lə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi ilə 6 ay + 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Arsenal", "Liverpul" kimi klublarda çıxış etmiş Aleks-Oksleyd Çemberleyn son olaraq "Beşiktaş"ın formasını geyinib. Təcrübəli futbolçu ötən ilin yayında İstanbul təmsilçisindən ayrılıb.
saytlarin hazirlanmasi