AZ

Millinin yarımmüdafiəçisi üçün mübarizə aparır - “Mançester Siti”

İngiltərə Premyer Liqasının top-klubları “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson uğrunda mübarizəni davam etdirir.

Sportinfo.az “The i Paper Sport”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun adı daha çox “Mançester Yunayted”lə hallandırılsa da, “Mançester Siti” də bu transfer yarışından geri çəkilmir.

“Şəhərlilər” qarşıdakı yay transfer pəncərəsində “qırmızı şeytanlar”ı qabaqlayaraq, perspektivli yarımmüdafiəçini heyətə qatacaqlarına əmindirlər.

Rəhbərlik Andersonu transfer bazarında ən çox tələb olunan futbolçulardan biri hesab edir və bu fürsəti əldən vermək niyyətində deyil.

İngiltərə millisinin üzvü olan futbolçunun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Seçilən
27
sportinfo.az

1Mənbələr