AZ

Barselona" Avropa Super Liqası layihəsindən çıxdığını elan etdi...

"Barselona" rəsmi saytında Avropa Super Liqası layihəsindən çıxdığını elan etdi.

"Barselona" klubu bu gün Avropa Super Liqası şirkətinə və iştirakçı klublara Avropa Super Liqası layihəsindən çıxması barədə rəsmi bildiriş göndərdiyini elan edir, - deyə Kataloniya klubunun açıqlamasında bildirilir.

SİA xatırldır ki, yeni Avropa futbol yarışmasının elanı 2021-ci ildə edilib.

"Barselona" Super Liqanın 12 təsisçi üzvündən biri idi. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) layihəni tənqid edib və bütün iştirakçı klubların digər yerli, Avropa və beynəlxalq yarışlardan kənarlaşdırılacağını bildirib.

Nazlı Almuradova

Seçilən
23
sia.az

1Mənbələr