İtaliyanın “Yuventus” klubu türkiyəli hücumçu Kənan Yıldızla müqavilənin müddətini 2030-cu ilə qədər uzadıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Turin təmsilçisi rəsmi saytında məlumat yayıb.
Yeni müqaviləyə əsasən Kənan Yıldızın maaşı “Yuventus”un ən yüksək qazanan futbolçularından biri olacaq.
Qeyd edək ki, 20 yaşlı vinger 2022-ci ilin yayında “Bavariya”dan azad agent statusu ilə “Yuventus”un gənclər komandasına qoşulub. Cari mövsümdə Yıldız bütün turnirlər üzrə keçirdiyi 31 oyunda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda “Yuventus” A Seriyasının turnir cədvəlində 45 xalla dördüncü pillədə qərarlaşıb. Çempionata isə 55 xalla “İnter” klubu liderlik edir.