AZ

Yunanıstanda iğtişaşlar baş verib

Yunanıstanın ikinci ən böyük şəhəri Salonikidə Aristotel Universiteti yaxınlığında baş verən iğtişaşlardan sonra 309 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Greek Reporter" qəzeti məlumat yayıb.

Qeyd edilib ki, "Molotov" kokteylindən istifadə nəticəsində bir polis məmuru yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İğtişaşçılar park edilmiş bir neçə avtomobilə zərər vurublar, onlardan biri tamamilə yanıb. Onlar həmçinin küçəni yanan zibil qutularından ibarət barrikada ilə bağlayıblar.

Yunanıstan mediası iğtişaşların səbəbini açıqlamayıb və saxlanılanlardan heç birinin həbsi barədə məlumatın olmadığını qeyd edib. Lakin qəzet yazır ki, bir qrup şəxs universitet kampusundan çıxaraq polisə "Molotov" kokteyli atmağa başlayıb, polis isə daha sonra göz yaşartıcı qazdan istifadə edib.

Seçilən
9
5
bakivaxti.az

6Mənbələr