"Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqıRespublika Komitəsi tərəfindən yanvar ayı ərzində 700 nəfərdən çox ittifaq üzvü üçünekskursiya və turlar təşkil olunub."
ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev rəsmi "Facebook" səhifəsində yanvar ayına olan statistikanı açıqlayıb.
Paylaşımında A.Paşayev qeyd edib ki, 533 nəfər təhsil işçisi rayon və şəhər komitələrinin təşkilatçılığı ilə Quba, Qusar, Qəbələ, Şamaxı və Astara rayonlarına təşkil edilmiş bir neçə günlük turlardan yararlanaraq istirahət ediblər.
Paylaşımda qeyd olunub ki, 168 nəfər təhsil işçisi isə "İçərişəhər" Tarix-Memarlıq Qoruğuna və açıq səma altında yerləşən Qala Etnoqrafiya Muzeyinə ekskursiya ediblər.
Qeyd olunub ki, bu cür maarifləndirici və istirahət xarakterli gəzintilər gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəkdir.