AZ

“Napoli” səfərdə “Cenoa”nı məğlub edib

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 24-cü turu çərçivəsində “Cenoa” və “Napoli” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumata görə, görüş İtaliyanın Genova şəhərindəki “Luici Ferraris” stadionunda keçirilib və baş hakim Davide Massa olub. Matç 3:2 hesabı ilə səfərdəki “Napoli”nin qələbəsi ilə başa çatıb.

Hesabı 3-cü dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Ruslan Malinovski açıb və penaltini dəqiq yerinə yetirib. 20-ci dəqiqədə “Napoli”nin hücumçusu Rasmus Hojlund hesabı bərabərləşdirib, bir dəqiqə sonra isə Skott Maktominey qonaqları önə çıxarıb. İkinci hissədə, 57-ci dəqiqədə “Cenoa”nın hücumçusu Lorenzo Kolombo hesabı yenidən bərabərləyib. 76-cı dəqiqədə isə qonaqların müdafiəçisi Joao Jesus ikinci sarı vərəqə alaraq meydandan qovulub. Matçın sonlarında, 90+5-ci dəqiqədə Rasmus Hojlund penalti ilə dubla imza ataraq yekun hesabı müəyyən edib.

Bu qələbədən sonra “Napoli” 24 turdan sonra 49 xalla A Seriyasının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Lider “İnter”dən fərq isə 6 xal, lakin “İnter” bir oyun az keçirib. “Cenoa” isə 23 xalla 16-cı yerdədir.

Seçilən
13
90deqiqe.az

1Mənbələr