AZ

Əlcəzair BƏƏ ilə hava əlaqəsi müqaviləsini ləğv edir

BAKI, 7 fevral. TELEQRAF

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə hava əlaqəsi haqqında müqaviləni ləğv edir.

Teleqraf xəbər verir ki, bu barədə Əlcəzairin "Algérie Presse Service" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, Əlcəzair 13 may 2013-cü ildə Əbu-Dabidə imzalanmış müqavilənin ləğviüçün zəruri addımlar atır.

Sazişin şərtlərinə uyğun olaraq, Əlcəzair tərəfi müqavilənin ləğvi barədə BƏƏ-ni diplomatik kanallar vasitəsilə məlumatlandıracaq, həmçinin zəruri rəsmiyyətlərin yerinə yetirilməsi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının baş katibinə bildiriş göndərəcək. Qərarın konkret səbəbləri agentlik tərəfindən qeyd olunmayıb. Hazırda Əlcəzair və Dubay arasında gündəlik birbaşa uçuşlar həyata keçirilir.

Xatırladaq ki, Əlcəzair ölkədə və regionda gərginliyin artmasında BƏƏ-ni ittiham edib. Əlcəzairin iddiasına görə, BƏƏ xarici ölkələrdə bəzi qruplaşmalara maliyyə və siyasi dəstək göstərir.

Seçilən
9
1
teleqraf.com

2Mənbələr