AZ

Zelenski danışıqlar HAQDA: “Onlar Ukraynaya nifrət edirlər”

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Düşünürəm ki, bizə qarşı münasibətləri əvvəlki kimidir, çünki onlar Ukraynaya nifrət edirlər, vəssalam… Buna görə də bizdə heç bir illüziya yoxdur. Danışıqlarda Kremlin nümayəndə heyəti artıq tarixi rəvayətlərdən danışmır, daha konkret məsələlərə toxunur. İndi söhbət başqa şeylərdən, daha dəqiq olaraq nələri etdiyimizdən və etmədiyimizdən, nəyə hazır olub-olmadığımızdan, atəşkəsin necə monitorinq ediləcəyindən və bu kimi konkret mövzulardan gedir”.Demokrat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski enerji sektoru üzrə iclasın yekunlarına dair bildirib.Zelenski qeyd edib ki, danışıqlar zamanı Rusiya tərəfinin ritorikasında dəyişikliklər var, lakin onlara inam sıfırdır. O, həmçinin vurğulayıb ki, yaxın günlərdə vilayət rəhbərləri, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Ukrayna Müdafiə Nazirliyi müəyyən bölgələrin ümumi müdafiə sistemində mobil atəş qrupları komponentinin əlavə gücləndirilməsini təmin etməlidir.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
demokrat.az

3Mənbələr