AZ

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Futbol üzrə Azərbaycan I Liqasında XIII tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, bu gün "Şimal" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Mingəçevir"i qəbul edib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 24-ə yüksəldən "Mingəçevir" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 5 xalı olan "Şimal" isə sonuncu yerdədir.

"Şimal" - "Mingəçevir" 0:3

Qollar: M.Səfərov, 15, B.Həziyev, 65 (pen), K.Kalunqa, 82


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr