BAKI, 7 fevral. TELEQRAF
Almaniya təxminən 5000 hərbçi, eləcə də 105 "Leopard 2A8" tankını tezliklə Litva-Belarus sərhədində daimi olaraq yerləşdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə "The National Interest" qəzetinin məlumat yayıb.
Bundesver Baltikyanı ölkələrdə qüvvələrini artırmağa davam edir ki, bu da İkinci Dünya Müharibəsindən sonra ilk daimi yerləşdirmədir. Bu addım Rusiyanın mümkün işğalına qarşı hazırlanmış "Əkiz Əməliyyatı" (OPLAN Deu) adlı 1200 səhifəlik gizli planın bir hissəsidir.
Almaniya ötən ay Litvaya iki döyüş batalyonu göndərib. Bu batalyon 2027-ci ilə qədər ən böyük Baltik ölkəsində 5000-dən çox əsgərin yerləşdirilməsini nəzərdə tutur. 45-ci Zirehli Briqadadan ilk 250 Bundesver əsgəri 2024-cü ilin payızında Litvanın paytaxtı Vilnüsə gəlib və bu, Almaniyanın Litvada hərbi əməliyyatlarının rəsmi başlanğıcı olub.
Alman qoşunları Litvanın Belarusla cənub-şərq sərhədindən təxminən 30 kilometr məsafədə yerləşən Rudninkay şəhəri yaxınlığında yerləşdiriləcək.