AZ

Dörd top-klubun transfer siyahısındadır - “Atletiko”nun hücumçusu

“Atletiko”nun hücumçusu Xulian Alvares yay transfer pəncərəsində klubunu dəyişmək üçün böyük şanslara malikdir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu üçün sərt rəqabət yaranacağı bildirilir.

Ona “Barselona”, PSJ və İngiltərə Premyer Liqasının iki top-klubu maraq göstərir. Bu klublar artıq yanvarda Alvares üçün sorğu göndəriblər.

26 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 31 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

Seçilən
24
sportinfo.az

1Mənbələr