AZ

“Barselona” yuxu mütəxəssisinə niyə ehtiyac duyub?

“Barselona” rəhbərliyi bu mövsüm ərəfəsində qeyri-adi qərar veribmiş. Həmin qərar ilk dəfə “Mundo Deportivo” qəzeti vasitəsilə ictimaiyyətə çatdırılıb.

"Football-plus.az" xəbər verir ki, komandanın məşqçilər heyəti oyunçuların istirahətinə və bərpasına daha çox diqqət yetirməyə başlayıb. Bu məqsədlə yuxu mütəxəssisi işə götürülüb. Bu mövsüm futbolçuların gərgin məşq və oyunlardan sonra optimal şəkildə bərpa olunmasına kömək etmək üçün belə mütəxəssisə ehtiyac duyulub.

Xəbərdə qeyd olunur ki, mövsüm ərəfəsində təlim-məşq toplanışları və səfər oyunları zamanı komandanın səhər tezdən geri qayıtması səbəbindən yuxu mütəxəssisinin rolu xüsusilə vacibdi. Çünki gündəlik işlərdəki problemlər stressə, narahatlığa və tükənməyə səbəb ola bilər. Bundan əlavə, oyunçuların qidalanmasına xüsusi diqqət yetirilir.

Belə ki, futbolçular səhər yeməyini məşq bazasında yeyirlər və məşqə özləri ilə yemək də gətirə bilərlər.

Seçilən
44
1
football-plus.az

5Mənbələr