AZ

Zelenski: Rusiya və ABŞ 12 trilyon dollarlıq əməkdaşlıq planını müzakirə edirlər

BAKI, 8 fevral. TELEQRAF

Mənə verilən məlumata görə, ABŞ və Rusiya 12 teilyon dollarlıq əməkdaşkıq paketini müzakirə edirlər.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, söhbət "Dmitriyev paketi"ndən gedir:

“Orada təxminən 12 trilyon dollarlıq həcm var və bu, guya Amerika ilə Rusiya arasında iqtisadi əməkdaşlıq paketidir. Yəni, biz Amerika ilə Rusiya arasında bu kimi ikitərəfli sənədlər haqqında eşidirik”.

O əlavə edib ki, media müxtəlif məlumatlar dərc edir, xüsusən də bu sənədlərdə Ukrayna ilə bağlı məsələlərin də ola biləcəyi qeyd olunur.

Zelenski vurğulayıb ki, təhlükəsizlik, iqtisadi əməkdaşlıq sahəsində digər ölkələrlə istənilən rəsmi müqavilə yalnız Ukraynanın iştirakı ilə imzalanacaq.

Seçilən
23
teleqraf.com

1Mənbələr