AZ

İşığı hər söndürəndə əslində israf edirsiniz? Qənaət haqqında yanlış bilinənlər

Milli.az saytına istinadən ain.az xəbər verir.

Otaqdan çıxarkən işığı söndürmək həmişə qənaət deməkdir? Alimlər və enerji mütəxəssisləri bildirirlər ki, bu sualın cavabı istifadə etdiyiniz lampanın növündən asılıdır. Bəzi hallarda işığı açıq qoymaq, onu tez-tez yandırıb-söndürməkdən daha səmərəli ola bilər.

Milli.Az xəbər verir ki, qənaət strategiyanızı müəyyən etmək üçün əvvəlcə lampanıza baxın:

Közərmə lampaları (Klassik lampalar): Bu lampalar enerjinin böyük hissəsini istiliyə çevirir. Onları otaqdan çıxan kimi dərhal söndürmək lazımdır, çünki çox enerji sərf edirlər.

Halogen lampalar: Bunlar da səmərəsizdir, ona görə də istifadə edilmədikdə söndürülməsi məsləhətdir.

LED lampalar: Müasir LED-lər çox az enerji sərf edir və yandırıb-söndürməyə qarşı çox dözümlüdürlər. Onları söndürmək həmişə qənaətdir, lakin açıq qalsalar belə, büdcənizə böyük zərər vurmazlar.

Floresan (Qənaətli) lampalar: Əsas məsələ buradadır! Bu lampaları yandırarkən qısa müddətli yüksək enerji tələb olunur.

Floresan (uzun və ya spiral formalı qənaətli) lampalar üçün mütəxəssislər "15 dəqiqə qaydasını" tövsiyə edir.

Əgər otaqdan 15 dəqiqədən az müddətə çıxırsınızsa, işığı açıq qoyun. Çünki bu lampaları tez-tez yandırıb-söndürmək həm ömrünü qısaldır, həm də hər dəfə yanarkən sərf etdiyi yüksək start enerjisi qənaəti sıfıra endirir.

Əgər 15 dəqiqədən çox olmayacaqsınızsa, o zaman söndürmək daha məntiqlidir.

Xalq arasında "işığı yandıranda daha çox tok gedir" fikri qismən doğrudur, lakin bu, saniyənin çox kiçik bir hissəsində baş verir. Közərmə və LED lampalarda bu yük əhəmiyyətsiz dərəcədədir. Floresanlarda isə bu "start yükü" lampanın daxili kimyasına təsir etdiyi üçün onun fiziki ömrünü daha tez bitirir.

Yay aylarında közərmə lampalarını söndürmək həm də otağın sərin qalmasına kömək edir. Çünki bu lampalar ətrafı qızdırır, bu da kondisionerin daha çox işləməsinə səbəb olur. LED-lər isə istilik yaymadığı üçün bu baxımdan daha əlverişlidir.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
news.milli.az

2Mənbələr