AZ

Qorxulu xəstəlik yayılır Dərman da kömək eləmir

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şistozomiyaz xəstəliyinə səbəb olan parazitlərin təkamül keçirərək yeni və daha təhlükəli formaya keçməsi alimlər arasında ciddi narahatlıq yaradıb. Bildirilir ki, insan və heyvan parazitlərinin birləşməsi nəticəsində yaranan “melez” növlər artıq Avropanın cənubunda yoluxma hallarına səbəb olur və mövcud müalicə üsullarına qarşı davamlılıq göstərə bilər.Demokrat.az xəbər verir ki, dünya üzrə təxminən bir milyard insanı təsir altına alan, lakin uzun illər lazımi diqqət görməyən “Gözardı Edilən Tropik Xəstəliklər” siyahısında yer alan şistozomiyaz qlobal təhlükə mərhələsinə qədəm qoyub. Dünya Səhiyyə Təşkilatı parazitin yeni coğrafiyalarda yaşamaq üçün uyğunlaşdığını və bu prosesin “melez” növlərin yaranmasına yol açdığını açıqlayıb.Parazit sürfələri salyangozların yaşadığı şirin sular vasitəsilə yayılır. İnsan dərisini parçalaya bilən fermentlər ifraz edən sürfələr qan damarlarına daxil olur, daha sonra qaraciyər, ağciyər və cinsi orqanlarda yumurtlayır. Bu proses illərlə simptomsuz davam edə bilir. İmmun sistemin yumurtalara reaksiyası nəticəsində isə toxuma zədələnməsi baş verir, bu da orqan çatışmazlığı, sonsuzluq və bəzi hallarda xərçəng riskini artırır.Malavidə fəaliyyət göstərən Liverpool Wellcome Klinik Araşdırma Proqramından ekspert Janelisa Musaya bildirir ki, aparılan analizlər zamanı test olunan nümunələrin 7 faizi melez parazit kimi müəyyən edilib. Onun sözlərinə görə, bu rəqəm real mənzərənin yalnız kiçik hissəsini əks etdirir, çünki bu parazitlər həm insanları, həm də heyvanları yoluxdurur və nəzarət mexanizmlərini xeyli çətinləşdirir.Qeyd olunur ki, Türkiyədə indiyədək əsasən xaricdən gətirilən hallarda rast gəlinən şistozomiyaz üçün risk xəritəsi artıq dəyişməkdədir. İqlim böhranı və qlobal səyahətlərin artması parazitin yayılma imkanlarını genişləndirib. Son illər Avropanın cənubunda qeydə alınan yoluxmalar xəstəliyin tropik bölgələrlə məhdudlaşmadığını göstərir.Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2018–2023-cü illər arasında bu tip xəstəliklərlə mübarizəyə ayrılan maliyyə dəstəyi 41 faiz azalıb. Ekspertlər melez parazitlərin mövcud dərmanlara qarşı davamlılıq qazana biləcəyindən ehtiyatlanır. Xüsusilə cinsi orqanları zədələyən halların standart testlərdə üzə çıxmaması və cinsi yolla keçən infeksiyalarla qarışdırılması diaqnoz prosesini daha da mürəkkəbləşdirir.Kənan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
demokrat.az

1Mənbələr