AZ

İtaliyalı konkisürən Qış Olimpiadasında olimpiya rekordu müəyyən edib

Bakı. Trend:

İtaliyalı konkisürən Françeska Lollobricida 2026-cı ildə Milandakeçirilən Qış Olimpiya Oyunlarında qadınlar arasında 3 min metrməsafəyə yarışda qalib gələrək yeni olimpiya rekordu müəyyənedib.

Trend xəbər verirki, idmançı məsafəni 3 dəqiqə 54,28 saniyəyə qət edib.

Bununla da Françeska Lollobricida İtaliyaya Qış OlimpiyaOyunlarında ilk qızıl medalı qazandırıb. İkinci yeri qalibdən 2,26saniyə geri qalan norveçli konkisürən Raqne Viklund tutub. Bürüncmedal isə 2,65 saniyə geridə qalan kanadalı Valeri Malteyə nəsibolub.

Qeyd edək ki, əvvəlki olimpiya rekordu 3 dəqiqə 56,93 saniyətəşkil edib. Bu nəticə 2022-ci ildə Pekində keçirilən Qış OlimpiyaOyunlarında qeydə alınıb və niderlandlı İren Sxautenə məxsusidi.

Seçilən
42
8
az.trend.az

10Mənbələr