AZ

Gözün aydın, "Turan Tovuz"! “10”un var sənin…

"Turan Tovuz" Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb.

Sportinfo.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Kəpəz"lə ev qarşılaşmasında qeydə alınıb.

Tovuz təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixində 18-ci, kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gələn qərblilər səfərdə də eyni sayda uğura malikdir.

"Turan Tovuz" ilk qələbəsini 2015/2016 mövsümünə təsadüf edən debüt matçında qazanıb. Qərblilər səfərdə gerçəkləşən 1/16 final görüşündə MOİK-i məğlub edib – 2:1.

Seçilən
46
sportinfo.az

1Mənbələr