AZ

İndi ölkəmizdə adından söz etdirən milliyə qayıtmağa hazırlaşır

“Sabah”ın qapıçısı Stas Pokatilov yenidən Qazaxıstan millisinə qayıtmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki 33 yaşlı qolkiperin cari mövsümdəki performansı ölkəsində xüsusi marağa səbəb olub.

Qurtarışları ilə “Sabah”ın Misli Premyer Liqasına liderlik etməsində müstəsna rol oynayan Pokatilov geridə qalan 18 turda cəmi 11 qol buraxıb. Üstəlik, bu görüşlərin 8-də qapısını toxunulmaz saxlayıb.

Stas son olaraq Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ” ilə görüşdə top buraxmamaqla yanaşı, penalti zərbəsini də dəf edib.

Qazaxıstanda futbol ictimaiyyəti martda təşkil olunacaq təlim-məşq toplanışına Pokatilovun dəvət edilməsini gözləyir.

Komanda Astanada baş tutacaq “FIFA Series” turnirində Komor adaları, Küveyt və Namibiya ilə mübarizə aparacaq.

2015-ci ildən Qazaxıstan millisinə çağırılan Stas Pokatilov sonuncu dəfə ötən ilin yayında yığmanın heyətində meydana çıxıb.

Seçilən
37
sportinfo.az

1Mənbələr