AZ

Bu məhsullar infarkt və insult riskini artırır

Həddin artıq emal olunmuş məhsullarla zəngin rasion ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Publika.az xəbər verir ki, Florida Atlantik Universitetinin Çarlz Şmidt adına Tibb Kollecinin alimlərinin müvafiq araşdırması "The American Journal of Medicine"da dərc olunub.

Tədqiqatçılar ABŞ-nin 2021–2023-cü illər üzrə Milli Sağlamlıq və Qidalanma Müayinəsinin məlumatlarını təhlil ediblər. Tədqiqata qidalanma və anamnezdə infarkt və ya insultun olması barədə ətraflı məlumat verən 18 yaşdan yuxarı 4 787 yetkin amerikalı daxil edilib.

İştirakçılar rasionlarındakı həddinddən çox emal olunmuş məhsulların payından asılı olaraq dörd qrupa bölünüblər. Yaş, cins, etnik mənsubiyyət, gəlir səviyyəsi və siqaret çəkmə faktoru nəzərə alındıqdan sonra məlum olub ki, bu növ qidaları ən çox istehlak edən insanlarda onları daha az yeyənlərlə müqayisədə ürək-damar xəstəlikləri riski 47 % daha yüksəkdir.

Seçilən
8
1
publika.az

2Mənbələr