AZ

Tramp İran və Ukrayna danışıqlarına ABŞ generallarını cəlb etdi

BAKI, 8 fevral. TELEQRAF

ABŞ prezidenti Donald Tramp İran və Ukrayna ilə bağlı diplomatik səylərə ABŞ Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələrini cəlb etməklə ənənəvi diplomatik metodlardan kənara çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Məlumata görə, Tramp ABŞ Quru Qoşunlarının naziri Daniel Driskollu Ukrayna üzrə danışıqlara, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperi isə Omanda İranla aparılan danışıqlara qoşub. AP hesab edir ki, bu addım ABŞ prezidentinin xarici siyasət və diplomatiyada klassik yanaşmalardan uzaqlaşdığını göstərir.

Agentlik xatırladır ki, hər iki danışıqlar xətti Trampın kürəkəni Cared Kuşner və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffun məsuliyyət zonasuna daxildir. Hərbi rəhbərlərin diplomatik prosesə cəlb edilməsi onların təcrübəsi, əlaqələri ilə bağlı ola bilər və eyni zamanda qarşı tərəfə ABŞ-nin zərurət yaranarsa daha sərt üsullara hazır olduğunu göstərmək məqsədi daşıya bilər.

AP-nin məlumatına görə, Daniel Driskoll Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyəti ilə Tramp administrasiyasının təmsilçiləri Uitkoff və Kuşner arasında vasitəçi rolunu oynayıb. Bununla yanaşı, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri Aleksus Qrinkeviç də BƏƏ-nin paytaxtına göndərilib. Bildirilir ki, onun iştirakı ABŞ və Rusiya arasında yüksək səviyyəli hərbi dialoqun bərpası ilə bağlı razılaşmanın əldə olunmasına kömək edib.

Seçilən
38
teleqraf.com

1Mənbələr