AZ

3 Doors Down rok qrupunun solisti vəfat etdi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin "3 Doors Down" rok-qrupunun solisti Bred Arnold 47 yaşında vəfat edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə qrupun sosial media səhifəsində dərc olunmuş açıqlamada bildirilib.

Qeyd olunub ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2025-ci ilin may ayında Arnold ona böyrək xərçəngi diaqnozu qoyulduğunu elan etmiş, bununla bağlı qrupun yay turnesi ləğv olunmuşdu.

"3 Doors Down" qrupu 1996-cı ildə Missisipidə yaradılıb. Qrup 2000-ci ildə işıq üzü görən debüt albomu "The Better Life" ilə tanınmağa başlayıb. Onların ən məşhur mahnıları arasında "Kryptonite" və "Here Without You" kompozisiyaları da var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
6
oxu.az

8Mənbələr