AZ

Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar

ain.az, Azertag portalına istinadən məlumat verir.

Tbilisi, 8 fevral, AZƏRTAC

Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçirilir. Bu mötəbər yarışda Azərbaycan idmançıları da iştirak edirlər.

Azərbaycan Karate Federasiyasının idman karatesi üzrə yeniyetmə və gənclərdən ibarət komandasının baş məşqçisi Anar Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib ki, yarışda 50-yə yaxın ölkədən 1500 idmançı iştirak edir. Azərbaycandan bu çempionatda 27 idmançı ilə təmsil olunur.

Onun sözlərinə görə, gənclərdən Salman Salmanov kata üzrə, digər idmançllarımızdan - 66 kiloqram çəki dərəcəsində mabarizə aparan Cansu Əhmədzadə, 61 kq çəkidə Rəvan Abasov, 60 kq çəki dərəcəsində isə Aslan Dostuyev 3-cü yerə çıxaraq bürünc medal qazanıblar.

Gənc idmançılarımızdan Vüsal Qənbərov (55 kq), Ələddin Məlikov isə (68 kq) finala vəsiqə qazanıblar. Onlar qızıl medal uğrunda mübarizə aparacaqlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
azertag.az

2Mənbələr