AZ

Azərbaycanın daha bir cüdoçusu Parisdə medal aldı

Azərbaycan cüdoçusu Ruslan Paşayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 3-cü yer uğrunda görüşdə italiyalı Valerio Akkolyini üstələyib.

Balabəy Ağayev isə Fransanın "Böyük Dəbilqə" turnirinin qalibi olub.

60 kq çəki dərəcəsində yarışan təmsilçimiz finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.

Bununla da Balabəy Ağayev karyerası ərzində üçüncü dəfə Paris Böyük Dəbilqəsinin qızıl mükafatçısı olub.

Seçilən
35
sportinfo.az

1Mənbələr