AZ

Çempionlar Liqasının ən yaxşı on qolu

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ən yaxşı on qolunun siyahısını təqdim edib.

Publika.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən, İspaniya çempionu "Barselona"nın ingiltərəli hücumçusu Markus Reşfordun birinci turda İngiltərənin "Nyukasl Yunayted" komandasının qapısına vurduğu qol ən yaxşı seçilib. Həmin qarşılaşma "Barselona"nın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

İkinci yerdə isə Portuqaliyanın "Benfika" klubunun ukraynalı qapıçısı Anatoli Trubinin sonuncu turda Madridin "Real" klubuna qarşı oyunda vurduğu qol qərarlaşıb. "Benfika" bu matçda 4:2 hesabı ilə qalib gəlib və Trubinin qolu sayəsində pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda 1/8 finala yüksəlmək uğrunda yenidən "Real" ilə qarşılaşacaq.

Üçüncülük "Real Madrid"in gənc ulduzu Arda Gülərə məxsusdur. Onun cərimə meydançasından kənardan vurduğu uzaq məsafəli qol texniki icrasına görə ən çox səs toplayan zərbələrdən biri olub.

Seçilən
29
publika.az

1Mənbələr